Tarix : 2014 Mar 26
Kod 42348

Azərbaycan Hakimiyyəti dünyada gedən proseslərdən dərs götürmür

Diqqət etsək görərik ki, Orta Asiya ölkələrində, Rusiyada, Ermənistanda, Belarusda, digər avtoritar ölkələrdə də oxşar hallar baş verir. Azərbaycanda isə bu qanunsuzluq daha sürətlə və davamlı baş verir.

Arannews - Hakimiyyət dünyada gedən proseslərdən dərs götürmür.

 Turan” imformasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyət cəmiyyətin zəif müqavimətindən sui-istifadə edir və qorxu mühiti yaratmaq istəyir: “Diqqət etsək görərik ki, Orta Asiya ölkələrində, Rusiyada, Ermənistanda, Belarusda, digər avtoritar ölkələrdə də oxşar hallar baş verir. Azərbaycanda isə bu qanunsuzluq daha sürətlə və davamlı baş verir. Hakimiyyət aqressiv münasibət sərgiləyir, istədiyi addımı ata bilir. Bunun isə yeganə səbəbi cəmiyyətin zəif olmasıdır. Cəmiyyətin müqaviməti nə qədər zəif olursa, hakimiyyətin xalqa müqaviməti o qədər güclü olur. Hakimiyyət o zaman xalqa yönəlik siyasət həyata keçirir ki, xalqın müqaviməti ilə hesablaşmağa məcbur olur.  Məsələn, ”Sovetski"də insanlar ayağa qalxdı və hakimiyyət onlara yüksək kompensasiya verməyə razı oldu. Sonra həmin sakinləri aldatmağa cəhd etdilər, ancaq “Sovetski”də “Basin”dəki kimi münasibət sərgiləmədilər. Bu gün Azərbaycanda azad mətbuat tək-tük qalıb, siyasi partiyaların vəziyyəti acınacaqlıdır, vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Yəni bütün sahələrdə geriləmə var. Fakt budur ki, cəmiyyət də geri çəkilib. Cəmiyyət geri çəkildikcə də, hakimiyyət onun üstünə yeriyir ".


  • Yazılıb
  • da (də) 2014 Mar 26