nurçuların mənəvi lideri olan və hazırda Pensilvaniyada yaşayan Fətullah Gülənlə Türkiyənin hökumət rəhbəri Rəcəb Tayyip Ərdoğan arasında ciddi fikir ayrılığı yaranıb
Arannews- Akşam qəzetinin verdiyi məlumata görə, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədri, eyni zamanda baş nazir Rəcəb Tayyip Ərdoğan nurçuların mənəvi lideri olan Fətullah Gülənin növbəti istəyinə rədd cavabı verib. Polis və məhkəmə sistemində ən yaxın adamları üzə çıxan və hazırda çıxılmaz vəziyyətə düşən nurçular baş nazir Ərdoğanı razı salmaq üçün müxtəlif yollara əl atırlar .
Amerikanın Pensilvaniya ştatından gələn təlimat üzrə hərəkətə keçən nurçu şəbəkəsi Türkiyənin hökumət rəhbərinə Fətullah Gülənin, "Səhvləri düzəltmək üçün fürsət ver",-deyə mesajını ona çatdırıb. Baş nazir Ərdoğan isə öz növbəsində müraciətə "Mənə bir də belə tələb gətirməyin",-deyə cavab verib .
Məlumat üçün bildirək ki, nurçuların mənəvi lideri olan və hazırda Pensilvaniyada yaşayan Fətullah Gülənlə Türkiyənin hökumət rəhbəri Rəcəb Tayyip Ərdoğan arasında ciddi fikir ayrılığı yaranıb. Buna səbəb baş nazir Ərdoğanın ötən ildən etibarən nurçuların hökumətdəki təsirini azaltmaq üçün dərshanələri (tədris kursları) bağlamaq qərarına gəlməsidir. Türkiyədə 17 dekabr əməliyyatlarında 3 nazir övladının həbsini nurçu şəbəkəsinin Ərdoğan hökumətinə bir zərbəsi kimi qiymətləndirmək olar. Lakin baş nazirin komandasının ayaqda durması və mübarizəsini davam etdirməsi nurçu şəbəkəsini bərk narahat edib.