Tarix : 2014 Mar 26
Kod 42354

Azərbaycan Türkiyədən döyüş helikopterləri alacaq

bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib

Arannews-Azərbaycan Türkiyədən döyüş helikopterləri alır

Helikopterlərin Türkmənistan, Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Liviya və Tunisə satılması nəzərdə tutulub.

Azərbaycan Türkiyədən döyüş helikopterləri alacaq. bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib .

O, qeyd edib ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan döyüş helikopterlərinin Türkmənistan, Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Liviya və Tunisə satılması nəzərdə tutulub .

“Adıçəkilən ölkələr də bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirirlər. Türkiyəni nümunə götürən bütün ölkələrə bu helikopterləri ixrac etməyi fikirləşirik. Hazırda Liviya nümayəndələri ilə görüşlər aparırıq. İxrac etdiyimiz bu məhsulları ilk olaraq Liviyaya satacağıq. Növbəti aydan etibarən helikopterlərimiz Silahlı Qüvvələrimizin sərəncamına veriləcək.Görək necə olacaq?”, - deyə türk nazir bildirib.


  • Yazılıb
  • da (də) 2014 Mar 26