Tarix : 2014 Mar 27
Kod 42362

AİP,Astara Rayon Komitəsi sədrinin həbsi ilə bağlı bəyanat yayıb

AİP Famil Şükürovun həbsilə bağlı etiraz bəyanatı yaydı

Arannews - Azərbaycan İslam Partiyası qurumun Astara Rayon Komitəsi sədrinin həbsi ilə bağlı bəyanat yayıb .

Bəyanatda deyilir:

 Hakimiyyətin yerlərdəki icra orqanları insanların normal yaşam tərzini təmin etmək, bölgələrdəki kəndlərin, qəsəbələrin boşalmasının qarşısını almaq, bir parça çörək pulundan ötrü paytaxta və ya xarici ölkələrə üz tutan sakinlərin çəkdikləri məşəqqətləri aradan qaldırmaq əvəzinə onları daha əzablı mənəvi terrorlara məruz qoyur, səslərini çıxarmağa belə imkan vermədən zindanlara atırlar.

Bu ilin fevral ayının 17-də Astara rayonu Ərçivan kəndinin sakinlərinin sosial şəbəkədə təhqir olunmaları ilə bağlı rayonun rəsmi orqanlarına şikayətləri heç bir nəticə vermədiyinə görə onlar etiraz aksiyası keçirmişlər. Yerli hakimiyyət orqanları, rayonun hüquq-mühafizə təşkilatları kənd sakinlərində ciddi narahatlıq yaradan günahkarları axtarıb araşdırmaq əvəzinə mənəvi haqları pozulmuş və təhqir olunmuş günahsız insanlara qarşı təzyiqlərə başlamışlar. Bir neçə dindar saxlanmış, Azərbaycan İslam Partiyası Astara Rayon Komitəsinin sədri Famil Fəttah oğlu Şükürov haqqında isə fevral ayının 20-də bir aylıq inzibati həbs cəzası təyin olunmuşdur.

Astaranın Ərçivan kənd sakinlərinə qarşı planlı təxribat tədbirlərini yerinə yetirməyə can atan rayonun hüquq-mühafizə orqanları sifarişli həbsləri sonadək həyata keçirmək üçün indi də F. Şükürov barədə iki aylıq həbs qətimkan tədbiri seçmişlər.

İslam Partiyası haqqında qeyri-sağlam niyyətlərini açıq büruzə verən hakimiyyət orqanları indi də daha qorxulu və xalqımız, dövlətimiz üçün zərərli qarşıdurma ocaqları yaratmaq, regionlarda onsuz da çətin və dözülməz həyat tərzi yaşayan vətəndaşlara, ailələrə fəlakətlər gətirmək istəyirlər.

Biz istər ayrı-ayrı vətəndaşlara, toplumlara, istərsə də bölgələrdə yaşayan insanlara, azsaylı xalqlara qarşı ayrı-ayrı televiziya və digər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə təhqiramiz ifadə və jarqonlara yer verən mənəviyyatdan xəbərsiz, qanı qanımızdan olmayanların cəzalandırılması əvəzinə günahsız insanların, belələrinə qarşı mübarizə aparanların dolayısı ilə müdafiə olunmasını ciddi anlaşılmazlıq sayır, pisləyir və ağır nəticələr verə bilən addım kimi qiymətləndiririk.

Hesab edirik ki, oliqarxlar cəmiyyətimizin diqqətini regional problemlərin və qlobal məsələlərin həllindən yayındırmaq məqsədilə, regionların inkişafına ayrılmış vəsaitləri mənimsəmək üçün belə gözlənilməz, heç bir sağlam məntiqə sığmayan addımlar atır, insanları susdurmağa çalışırlar.

Bəyan edirik ki, AİP Astara Rayon Komitəsinin sədri Famil Şükürovun heç bir günahı yoxdur və haqsız olaraq haqqında həbs qərarı çıxarılmışdır. Günahsız vətəndaşların hüquqlarının bu cür kobud şəkildə pozulmasını, onların siyasi mənsubiyyətinə görə azadlıqdan məhrum edilməsini qərəzli yanaşma, kənar qüvvələrin sifarişi, qanunlarımıza hörmətsizlik hesab edirik.

İslamçılar Astara Rayon Məhkəməsinin Famil Şükürov barəsindəki hökmünü ədalətsiz qərar kimi qiymətləndirir, onun dərhal azad olunmasını tələb edirlər".

Azərbaycan İslam Partiyası qurumun Astara Rayon Komitəsi sədrinin həbsi ilə bağlı bəyanat yayıb .


Bəyanatda deyilir:


“Hakimiyyətin yerlərdəki icra orqanları insanların normal yaşam tərzini təmin etmək, bölgələrdəki kəndlərin, qəsəbələrin boşalmasının qarşısını almaq, bir parça çörək pulundan ötrü paytaxta və ya xarici ölkələrə üz tutan sakinlərin çəkdikləri məşəqqətləri aradan qaldırmaq əvəzinə onları daha əzablı mənəvi terrorlara məruz qoyur, səslərini çıxarmağa belə imkan vermədən zindanlara atırlar.

Bu ilin fevral ayının 17-də Astara rayonu Ərçivan kəndinin sakinlərinin sosial şəbəkədə təhqir olunmaları ilə bağlı rayonun rəsmi orqanlarına şikayətləri heç bir nəticə vermədiyinə görə onlar etiraz aksiyası keçirmişlər. Yerli hakimiyyət orqanları, rayonun hüquq-mühafizə təşkilatları kənd sakinlərində ciddi narahatlıq yaradan günahkarları axtarıb araşdırmaq əvəzinə mənəvi haqları pozulmuş və təhqir olunmuş günahsız insanlara qarşı təzyiqlərə başlamışlar. Bir neçə dindar saxlanmış, Azərbaycan İslam Partiyası Astara Rayon Komitəsinin sədri Famil Fəttah oğlu Şükürov haqqında isə fevral ayının 20-də bir aylıq inzibati həbs cəzası təyin olunmuşdur.
Astaranın Ərçivan kənd sakinlərinə qarşı planlı təxribat tədbirlərini yerinə yetirməyə can atan rayonun hüquq-mühafizə orqanları sifarişli həbsləri sonadək həyata keçirmək üçün indi də F. Şükürov barədə iki aylıq həbs qətimkan tədbiri seçmişlər.
İslam Partiyası haqqında qeyri-sağlam niyyətlərini açıq büruzə verən hakimiyyət orqanları indi də daha qorxulu və xalqımız, dövlətimiz üçün zərərli qarşıdurma ocaqları yaratmaq, regionlarda onsuz da çətin və dözülməz həyat tərzi yaşayan vətəndaşlara, ailələrə fəlakətlər gətirmək istəyirlər.
Biz istər ayrı-ayrı vətəndaşlara, toplumlara, istərsə də bölgələrdə yaşayan insanlara, azsaylı xalqlara qarşı ayrı-ayrı televiziya və digər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə təhqiramiz ifadə və jarqonlara yer verən mənəviyyatdan xəbərsiz, qanı qanımızdan olmayanların cəzalandırılması əvəzinə günahsız insanların, belələrinə qarşı mübarizə aparanların dolayısı ilə müdafiə olunmasını ciddi anlaşılmazlıq sayır, pisləyir və ağır nəticələr verə bilən addım kimi qiymətləndiririk.
Hesab edirik ki, oliqarxlar cəmiyyətimizin diqqətini regional problemlərin və qlobal məsələlərin həllindən yayındırmaq məqsədilə, regionların inkişafına ayrılmış vəsaitləri mənimsəmək üçün belə gözlənilməz, heç bir sağlam məntiqə sığmayan addımlar atır, insanları susdurmağa çalışırlar.
Bəyan edirik ki, AİP Astara Rayon Komitəsinin sədri Famil Şükürovun heç bir günahı yoxdur və haqsız olaraq haqqında həbs qərarı çıxarılmışdır. Günahsız vətəndaşların hüquqlarının bu cür kobud şəkildə pozulmasını, onların siyasi mənsubiyyətinə görə azadlıqdan məhrum edilməsini qərəzli yanaşma, kənar qüvvələrin sifarişi, qanunlarımıza hörmətsizlik hesab edirik.
İslamçılar Astara Rayon Məhkəməsinin Famil Şükürov barəsindəki hökmünü ədalətsiz qərar kimi qiymətləndirir, onun dərhal azad olunmasını tələb edirlər".
 

- See more at: http://azeri.sahartv.ir/news/aip-famil-%C5%9F%C3%BCk%C3%BCrovun-h%C9%99bsil%C9%99-ba%C4%9Fl%C4%B1-etiraz-b%C9%99yanat%C4%B1-yayd%C4%B1-22366#sthash.EXAMU3ZT.dpuf
  • Yazılıb
  • da (də) 2014 Mar 27