Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?
Arannews - İlham Əliyev və Serj Sərkisyan Qarabağ münaqişəsini müzakirə ediblər.
Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Modern.az saytının xəbərinə görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentləqrin qısa danışdıqlarını qeyd edib .
“Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”-deyə C.Uorlik sual edib .
Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammiti keçirilib. Samitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər .