Tarix : 2014 Mar 27
Kod 42364

Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?

Arannews - İlham Əliyev və Serj Sərkisyan Qarabağ münaqişəsini müzakirə ediblər.

Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Modern.az saytının xəbərinə görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentləqrin qısa danışdıqlarını qeyd edib .

Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”-deyə C.Uorlik sual edib .

Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III  nüvə təhlükəsizliyi sammiti keçirilib. Samitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər .


  • Yazılıb
  • da (də) 2014 Mar 27