Arannews - Rusiya Ukraynanın ardınca Azərbaycanı da özünə birləşdirmək istəyir
Putinin imperatorluq xəritəsində Azərbaycanın özünəməxsus yeri var .
Ukraynanın Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməhəmmədov "SalamNyus"a müsahibəsində deyib: Rusiya Ukraynanın ardınca, Azərbaycana hücum etməyə hazırlaşır .
Gülməhəmmədov daha sonra deyib: Rusiyanın aprelin 10-dan Ukraynaya qarşı irimiqyaslı hücumlara başlayacağı gözlənilir. Daha sonra isə, Rusiya Azərbaycan Respublikasına zərbə vurmağa hazırlaşır .
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Rusiyanın bu məqsədlə medialar və kütləvi informasiya vasitələrini məlumatlandırmaları və hazırlamaları üçün xüsusi orqanlar və təşkilatlara göstəriş də verdiyini deyərək, Azərbaycana qarşı hərtərəfli media hücumuna başlamağa hazırlaşdığını bildirib .
Gülməhəmmədovun dediyinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri başa çatıb və Rusiya Azərbaycandakı tərəfdarlarının razılığını da cəlb etməyi bacarıb .