Tarix : 2014 Apr 06
Kod 42400

Sabiq səhiyyə naziri 13 saylı kalona göndərildi

Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib

Arannews - Sabiq səhiyyə naziri Əli İnsanov Qızıldaşdakı 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb .

Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib .

İnsanov Avropa Məhkəməsinin onunla bağlı qərarı əsasında keçirilən təkraar məhkəmə prosesləri ilə əlaqədar Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılırdı .

Xartırladaq ki, Kürdaxanıya köçürülənə qədər də İnsanov 13 saylı kalonda qalıb .

Keçmiş nazir bugünlərdə cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. O, qanunun imkan verdiyi kimi, evinə yaxın cəzaçəkmə müəssisəsinə göndərilməsini istəyirdi. Əvvəlcə onun istəyinə uyğun olaraq, 2 saylı cəzaçəmə müəssisəsinə köçürüləcəyi deyilirdi. Lakin indi göründüyü kimi, keçmiş nazir yenə də mümkün qədər uzaqlara göndərilib.


  • Yazılıb
  • da (də) 2014 Apr 06