Tarix : 2014 Apr 06
Kod 42404

Şahmar Paşayev istefa verib

Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi

Arannews - Azərbaycanda polis rəisi istefa verib .

Azərbaycanda polis rəisi istefa verib Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayev vəzifəsindən azad olunub .

AzNews.az-ın əldə etdiyi məlumata görə, o, nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəyib. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb .

Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb .

Ş.Paşayev həm də YAP hakimiyyətinin polis sistemindəki ən etibarlı kadrlarından hesab edilirdi.


  • Yazılıb
  • da (də) 2014 Apr 06