ABŞ prezidentini “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olmağa çağıran qətnamə layihəsi Senata təqdim olunub
Arannews - ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes və senator Mark Kirk ABŞ prezidentini qondarma “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olmağa çağıran yeni qətnamə layihəsini rəsmən təqdim ediblər .
qətnamə layihəsi həm Senata, həm də Nümayəndələr Palatasına təqdim olunub. Sənədin həmmüəllifləri Barbara Bokser və Ed Markindir .
Qətnamə layihəsini təqdim edən senatorlar bildiriblər ki, ABŞ və NATO-nun qondarma “erməni soyqırımı”nı tanıyan ölkə və təşkilatların sırasına qoşulmasının vaxtı çatıb.