Arannews - Rusiyalı general Azərbaycana gəlir .
Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordugeneralı Valeri Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək .
səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır .
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək .
Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi də planlaşdırılır.