Tarix : 2014 Apr 06
Kod 42410

Rusiya Federasiyasınin generalı Azərbaycana rəsmi səfərə gələcək

səfər çərçivəsində Müdafiə Nazirliyində görüşləri planlaşdırılır

Arannews - Rusiyalı general Azərbaycana gəlir .

 Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordugeneralı Valeri Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək .

səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır .

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək .

Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi də planlaşdırılır.

  • Yazılıb
  • da (də) 2014 Apr 06