Tarix : 2014 Apr 06
Kod 42412

Erməni hərbçilər qorxdular

Erməni rəis Bakıya gələsi olmadı

Arannews - Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin iştirakı rəsmi şəkildə təsdiq edilməyib .

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurası katibliyi Ermənistan nümayəndə heyətinin qəbuluna hazırlıqla bağlı Azərbaycan tərəfindən hələ də nə şifahi, nə də yazılı təsdiq almayıb .

Xatırladaq ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. İclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyi bildirilirdi.


  • Yazılıb
  • da (də) 2014 Apr 06