Tarix : 2014 Apr 07
Kod 42414

Azərbaycan Respublikası iddia etdiyi ərazidən geri çəkildi

İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ardıcıl səylərin nəticəsində məsələ öz həllini tapdı

Arannews - Culfada Naxçıvanlılara İran tərəfindən tikilən körpü üzərindəki sərhəd müəyyənəşdi və Azərbaycan iddia etdiyi ərazidən geri çəkilərək, körpünü istaifadəsi üçün yaranan problem aradan qaldırıldı .

İran İslam Respublikası Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari jurnalistlərə deyib: İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ardıcıl səylərin nəticəsində məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi .

Qey edək ki, General Zülfüqari  2013-cü il dekabrın 7-ndə İran və Naxçıvan arasında yeni Culfa körpüsündən istifadə prosesinin ləngiməsi barəsində də Səhər kanalına demişdir: Sərhəd xətti çay içərisində tam bəllidir. Lakin Azərbaycan tərəfinin nəzərdə tutduğu qapı nöqtəsi təxminən 40 yaxud 50 metr İran torpağı daxilindədir. Əgər sərhəd çay üzərində olmazsa və digər bir yerdə olmalıdırsa körpü üzərində bu yer dəyişməlidir.


  • Yazılıb
  • da (də) 2014 Apr 07