Tarix : 2014 Apr 07
Kod 42418

vəhhabilərin böyük bir qrupu bu firqəni rədd etdilər

Azərbaycan Respublikasında vəhhabilərin böyük bir qrupu bu firqəni rədd etdilər

Arannews - Bir azəri media Azərbaycan Respublikasında vəhhabilərin davamçılarından böyük bir qrupun bu firqəni rədd etməsindən xəbər verib .

Bakıda cıxan Gündəm-Xəbər qəzeti adı açıqlanmayan bir agah mənbəyə istinadla bildirib ki, Bakının ətrafında yerləşən Qaradağ rayonunun  Müşfiqabad qəsəbəsində on iki min vəhhabidən on bir min yeddi yüz nəfər vəhhabilik qaydalarını rədd edib .

Gündəm-Xəbər bu prosesin Azərbaycan Respublikasının bütün məntəqələrində müşahidə olunduğunu bildirərək, bu göstəricini üç ay bundan qabaqdan həmin respublikada başlanmış dəyişikliklərin nişanəsi adlandırıb .

Bu mediaların məlumatlarına əsasən, Azərbaycan Respublikasının digər məntəqələrində ifratçılıqdan imtina da müşahidə olunur .

Azərbaycan Respublikasının mediaları bundan öncə deyilənlərə görə, vəhhabilərin toplaşdıqları məkan olmuş Müşfiqabad qəsəbəsində bir məscidin bağlanmasından xəbər vermişdilər .

Bundan qabaq Rusiyanın Qafqaz bölgələri, həmçinin Azərbaycan Respublikası və Mərkəzi Asiya respublikalarında hökumət rəsmiləri və ictimai təşkilatlar təkfiri və sələfilərin fəaliyyətlərinin təmərküzləşməsindən nigaranlıq etmişdilər.


  • Yazılıb
  • da (də) 2014 Apr 07