Arannews - Rusiya paytaxtında atışmada polis kapitanını öldürən Azərbaycan vətəndaşları yaxalanıb .
aprelin 6-de gecə saatlarında Daxili İşlər Nazirliyinin paytaxtın Krasnoqorsk rayonu üzrə İdarəsinin əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib .
Aralarında bir qadının da olduğu dəstə polisə təslim olmaqdan imtina edib. Onlar əməliyyatçılara atəş açmağa başlayıblar. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerindəcə ölüb .
Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub .
Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər .
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaxalanan cinayətkar dəstənin üzvlərindən üçü Azərbaycan, bir nəfəri isə Belarus vətəndaşı olub. Onların üzərindən "Sayqa" markalı odlu silah götürülüb .
Yaxalanan şəxslərin adları hələlik açıqlanmır .
Rusiya İstintaq Komitəsindən cinayət işinin başlandığı bildirilib.