Arannews - Ermənistan və Ukrayna MDB Baş Qərargah Rəisləri Komitəsinin Azərbaycanda keçiriləcək iclasına qatılmayacaq
İclasda iştirak edəcək nümayəndə heyətləri bəlli olub.
Bakıda keçiriləcək MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək nümayəndə heyətləri bəlli olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda 5 ölkəni – Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanı Silahlı Qüvvələrin Baş Qərargah rəisləri, Tacikistanı isə Baş Qərargah rəisinin müavini təmsil edəcək.
Toplantıda həmçinin MDB İcraiyyə Komitəsinin əməkdaşları da iştirak edəcəklər.
İclasa Ermənistan və Ukrayna nümayəndələri qatılmayacaq.
MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası ilk dəfədir Bakıda keçirilir.