Tarix : 2014 Apr 08
Kod 42436

Con Kerri Azərbaycana gəlməyəcək

Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verməsi Vaşinqtonun Bakiya olan münasibətini dəyişdirib

Arannews - Bakı mesiası bu gün xəbər yayıb ki, ABŞ dövlət katibi Con Kerrinin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulmur.

Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart açıqlama verib.

“Biz ümid edirik ki, o, yaxın bir neçə ay ərzində Azərbaycana səfər edəcək. Ancaq bununla bağlı hələlik konkret plan yoxdur”, - deyə amerikalı diplomat bildirib.

Bundan öncə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana səfər etmək niyyətində olduğunu, lakin səfirin tarixinin hələlik müəyyənləşmədiyini deyib.

ANS isə  məlumat vermişdir ki, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. Con Kerrinin Ermənistana da  gedib-getməyəcəyi barədə ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib.

Deyilənə görə, Ermənistanın BMT-də Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verməsi Vaşinqtonun İrəvana olan münasibətini dəyişdirib. Buna görə də Con Keri  hələ regiona o cümlədən Azərbaycana gəlməcəcək!


  • Yazılıb
  • da (də) 2014 Apr 08