Tarix : 2014 Apr 08
Kod 42438

hakerlər Yüzlərlə sionist İsrailin dövlət və özəl saytını çökdürüb

Hakerlər qrupu hədəflərinin Fələstin xalqının haqlarını müdafiə etmək və İsrail rejiminin zalım siyasətinə etiraz etmək olduğunu bildiriblər

Arannews - "Anonghost" hakerlər İsrail saytlarını çökdürdü .

"Anonghost" adlı haker qrupu sionist İsrailin 577 dövlət və özəl saytını çökdürüb.

"#OpIsrael" adı altında keçirilən əməliyyat 7 aprel tarixində reallaşdırılıb.

Hakerlər qrupu hədəflərinin Fələstin xalqının haqlarını müdafiə etmək və İsrail rejiminin zalım siyasətinə etiraz etmək olduğunu bildiriblər:

"Qəzza xalqına edilən zülmlərə taqətimiz qalmayıb. Onların ağrılı qışqırıqlarına, evlərindən və yurdlarından qovulmasına dözə bilmirik. Fələstinli uşaqların gözündəki qorxulu baxışlar dözülməzdir. İsrailin bu cinayətləri artıq dözülməzdir. Müstəqil Fələstin dövləti qurulana kimi bu fəaliyyətimizə davam edəcəyik. İsrail rejimi ilə əlaqəli olan bütün saytları çökdürəcəyik və ən azından bu formada məzlum fələstinlilərə dəstək vermiş olarıq".


  • Yazılıb
  • da (də) 2014 Apr 08