Tarix : 2014 Apr 08
Kod 42442

Azərbaycan həbsxanalarında 18 minə yaxın məhkum var

həbsxanalarındaki 18 min məhkumun 394 nəfəri qadındır

Arannews - Azərbaycan həbsxanalarındakı məhkumların SAYI açıqlandı .

 “Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 18 minə yaxın məhkum var”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyevin verdiyi məlumata görə, 18 min məhkumun 394 nəfəri qadındır. Onun sözlərinə görə, 30-a yaxın yetkinlik yaşına çatmayanlar isə uşaq tərbiyə müəssisəsində saxlanılır.

Ə. Nuriyevin dediyinə görə, istintaq təcridxanasında olanlar bu saya daxil deyil. “Hazırda barələrində cinayət işi yekunlaşmadığına onlar siahıya daxil deyillər. Təxminən 3000-nə yaxın şəxs haqqında cinayət işinin istintaqı gedir”.


  • Yazılıb
  • da (də) 2014 Apr 08