Tarix : 2014 Apr 09
Kod 42452

azərbaycanlı jurnalist Avropa İttifaqının “Qara siyahı”sına salındı

tanınmış azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman Avropa İttifaqının “Qara siyahı”sına salındı

Arannews - Putin, Medvedev və azərbaycanlı jurnalist Avropa İttifaqının “Qara siyahı”sına salındı .

Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var. xarici KİV-in verdiyi xəbərə görə, Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər. Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdiriləcəyi təqdirdə tətbiq olunacaq. Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov  var. Tanınmış jurnalistlərə gəldikdə, Mixail Leontyev,  tanınmış azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman da bu siyahıya daxil edilib.


  • Yazılıb
  • da (də) 2014 Apr 09