Tarix : 2014 Apr 10
Kod 42463

İlham Əliyev:Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidi

İlham Əliyev : Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq

Arannews -İlham Əliyev Tehranda Prezident Həsən Ruhani ilə birgə mətbuat konfransında mətbuata bəyanatlarla çıxışında deyib ki , Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox .

"Cənab Prezident, ilk növbədə dəvətə görə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş İran torpağında olmağımdan çox məmnunam .

Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm". bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Prezident Həsən Ruhani ilə birgə mətbuat konfransında mətbuata bəyanatlarla çıxışında deyib .

İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq ".

İlham Əliyev deyib ki, bu gün digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi Sazişi bu əməkdaşlığı daha da gücləndirəcək ".


  • Yazılıb
  • da (də) 2014 Apr 10