Tarix : 2014 Apr 10
Kod 42476

Sərkisyanın Türkmənistana səfərinə etiraz

QAT Sərkisyanın Türkmənistana səfərinə etiraz etdi

Arannews - Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın Aşqabaddakı açıqlaması ilə bağlı Türkmənistanın ölkəmizdəki səfiri Toylı Komekova müraciət göndərib: Müraciətdə göstərilir : 

İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın Sizin ölkənizə səfəri, yüksək səviyyədə qarşılanması, əməkdaşlıq sazişlərinin imzalanması, xüsusilə də Serj Sərkisyanın Dağlıq Qarabağmünaqişəsinə dair açıqlaması ilə bağlı Sizə müraciət edirik. Biz sizləri özümüzə dost və qardaş ölkə, xalq bilirik. Ona görə də Sizdən Dağlıq Qarabağ məsələsində daha həssas mövqe gözləyirik. Təəssüf  ki, bunun əvəzində işğalçı Ermənistanla çox isti münasibəti müşahidə edirik. Bu səfər zamanı bir çox istiqamətlərdə əməkdaşlığa dair sazişlər imzalanıb. Serj Sərkisyanın mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə münasibərdə tutduğu mövqeyə görə ölkənizə minnətdarlıq etməsi bizi xüsusilə narahat etdi. O, konkret olaraq bildirib: “Dağlıq Qarabağın faktiki statusu de-yure təsdiqlənməlidir. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu məsələdə göstərdiyi anlayışa və neytral mövqeyinə görə Türkmənistana minnətdarlığımızı bildiririk ”.

Biz bu münaibəti nə cür başa düşməliyik? Doğurdanmı, rəsmi Aşqabad Ermənistanın işğalçı hərəkətlərinə bəraət qazandırır, işğalçı Ermənistanı müdafiə edir? Biz bu məsələdə Türkmənistanın haqq-ədalət mövqeyində dayanmasını, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğıstan qədər obyektiv və ədalətli olmasını istəyirik .

Bu məsələyə aydınlıq gətirmənizi xahiş edirik.

QAT Mətbuat Xidməti
  • Yazılıb
  • da (də) 2014 Apr 10