Arannews - 14 aprel 2014-cü il tarixində Kanadanın xarici işlər naziri Con Beyrd Azərbaycan Respublikasına rəsmi səfər edəcək .
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Con Beyrdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub .
Nazir Elmar Məmmədyarov ilə Con Beyrd arasında olan görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən cari ilin 14 aprel tarixində saat 10:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur .
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.