Tarix : 2014 Apr 12
Kod 42489

Con Beyrd Azərbaycan Respublikasına səfər edəcək!!!

Kanadanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək!!!

Arannews - 14 aprel 2014-cü il tarixində Kanadanın xarici işlər naziri Con Beyrd Azərbaycan Respublikasına rəsmi səfər edəcək .

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Con Beyrdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub .

Nazir Elmar Məmmədyarov ilə Con Beyrd arasında olan görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən cari ilin 14 aprel tarixində saat 10:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur .

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.


  • Yazılıb
  • da (də) 2014 Apr 12