Tarix : 2014 Apr 12
Kod 42495

Rusiya tam əmindir ki, Azərbaycan müharibə elan etməyəcək

Azərbaycan bunu çox yaxşı anlayır

Arannews - Rusiya Azərbaycandan arxayındır .Rusiya tam əmindir ki, Azərbaycan müharibə elan etməyəcək .

Bu sözləri  açıqlamasında politoloq Vəfa Quluzadə deyib .

O, Rusiyanın Dağlıq Qarabağa tanklar yeritməsinin heç bir əhəmiyyətinin  olmadığını deyib :

Rusiyanın buna heç bir ehtiyacı yoxdur. Çünki Ermənistana tam nəzarət edir. Ermənistan da bu əraziləri işğal altında saxlayır. Rusiya tam əmindir ki, Azərbaycan müharibə elan etməyəcək. Çünki o bilir ki, istənilən şey ona müharibənin elan edilməsi sayılacaq. Azərbaycan bunu çox yaxşı anlayır. Rusiya bu barədə rahatdır. Yenə də deyirəm, mən bu xəbərlərə inanmıram ”.

Politoloq Rusiyanın hazırda Qafqazda çox da gözəl mövqeyə sahib olmadığını bildirib :

Rusiyanın çox gözəl şəraiti var. Rusiya Qərbin maraqlarına Ermənistan vasitəsilə zərər vura bilər və rahat deyə bilər ki, mənim heç bir günahım yoxdur. Çox gözəl bir layihəni dərhal təqdim edər. Məsələn, Azərbaycan ermənilərə hücum etdi. Onlar isə cavab verib, ərazilərini tutdular. Əgər Rusiyanın imkanı olsaydı ki, ermənilər vasitəsilə Abxaziya və Cənubi Osetiyanı işğal etsin, bunu da edərdi. Amma belə bir imkanı yoxdur. Bizim məsələdə isə mən inanmıram ki, Rusiya Qarabağa tank yeridəcək və bizim əleyhimizə savaş aparacaq ”.

Qeyd edək ki, Rusiya tanklarının Ermənistanın Karaşen yaşayış məntəqəsinə gətirildiyi, buradan isə Laçına göndəriləcəyi haqqında xəbər yaylmışdı. Onların daha sonra Tərtər istiqamətinə göndəriləcəyi bildirilir .


  • Yazılıb
  • da (də) 2014 Apr 12