Arannews -   “Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur  ”. 
 Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib  .
 Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil  .  
 “Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil”, - deyə Manukyan qeyd edib  .