Arannews - Daha bir hicab məhbusu azadlığa çıxdı .
5 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyinin qarşısında orta ümumtəhsil məktəblərində tətbiq edilmiş hicab qadağasına etiraz olaraq keçirilmiş sayca 3-cü "Hicaba azadlıq" aksiyasında iştirakına görə saxlanılaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Rauf Qarayev ötən gün axşam saatlarında cəza çəkdiyi Penitensiar Xidmətin 16 saylı CÇM-dən azadlığa buraxılıb.