Arannews - Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi .
Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib ”.
Bu sozləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib .
Prezident İ. Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini,ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu da bildirib .