Azərbaycan Respublikasının mətbuatında nurçulara qarşı əməliyyatın keçirilməsiylə bağlı məlumat yayılmışdı
Arannews -Dünən ölkə mətbuatında nurçulara qarşı əməliyyatın keçirilməsiylə bağlı məlumat yayılmışdı
Lakin bu haqda ölkə mətbuatında yayılan məlumatları nə Daxili İşlər Nazirliyi nə də Milli Təhlüksizlik Nazirliyi təsdiq etdi .
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev İnterpress.az-a verdiyi açıqlamasında bildirdi ki, Milli Təhlükəsizlik Naziriliyinin “nurçulara” qarşı heç bir əməliyyat keçirməyib, bununla bağlı bizdə məlumat yoxdur .
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da İnterpress.az-a açıqlama verərək qeyd etdi ki, “nurçularla” bağlı Daxili İşlər Nazirliyi tərəfindən hər hansısa bir əməliyyat keçirilməyib.