Tarix : 2014 Apr 14
Kod 42525

Azərbaycanın Müdafiə naziri İrana rəsmi səfəri başlayıb

Səfər 14-15 aprel tarixlərində olacaq

Arannews - Zakir Həsənov İrana gedib .

Müdafiə nazirinin səfəri İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvətilə reallaşır.

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasına rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun səfəri İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə reallaşacaq. Səfər 14-15 aprel tarixlərində olacaq .

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.


  • Yazılıb
  • da (də) 2014 Apr 14