Tarix : 2014 Apr 15
Kod 42535

Elmar Məmmədyarov , Über Vedrin ilə görüşüb

görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub

Arannews - Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 14-də Azərbaycanda səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb .

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub .

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqda məlumat verən E. Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə, eyni zamanda regionun inkişafına mənfi təsir göstərdiyini bildirib. Nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulayıb . 

Eyni zamanda görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb .


  • Yazılıb
  • da (də) 2014 Apr 15