Tarix : 2014 Apr 17
Kod 42565

Ukraynanın şərqində muzdlu döyüşçülərin başına pul qoyuldu

Ukraynanın cənub-şərqində yerləşən Dnepropetrovsk vilayətində muzdlu döyüşçülər barəsində mükafat təyin olunub
Ukraynanın cənub-şərqində yerləşən Dnepropetrovsk vilayətində muzdlu döyüşçülər barəsində mükafat təyin olunub. Şəhərin qubernator müavini Boris Filatov bildirib ki, "yaşıl adam"ları (muzdlular belə çağrılır) yaxalayaraq mühafizə orqanlarına təhvil verən vətəndaşlar 10 min dollar dəyərində mükafat alacaqlar.

Bundan əlavə şəhər rəsmisi əlavə edib ki, Dnepropetrovskda hər hansı bir strateji obyektin ələ keçirilməsinin qarşısını alan sakinlər isə 300 min dollar dəyərində mükafat qazanacaqlar.

  • Yazılıb
  • da (də) 2014 Apr 17