Tarix : 2014 Apr 22
Kod 42610

Rauf Həbibulla oğlunu Ermənistana casusluq ittihamı rəsmiləşdirildi

Azərbaycan Respublikası aş Prokurorluğun mətbuat xidməti Türkiyədən deportasiya olunmuş tənqidçi jurnalist Rauf MirqədirovaErmənistana casusluq ittihamını irəli sürüb
Rəsmi məlumatda deyilir: “Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”.
Məlumatda bildirilir ki, Rauf Mirqədirov 2014-cü il aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Uzun illər Ayna-Zerkalo qəzetində yazan tənqidçi jurnalist son vaxtlar Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan və Azərbaycanın Prezidentini ciddi tənqidlərə məruz qoyan yazıları ilə diqqət cəlb etmişdir.
O, son günlərdə Türkiyədən deportasiya olunub və Bakının Heydər Əliyev adına hava limanında təyyarədən düşərkən dərhal həbs olunaraq MTN-ə aparılıb.

  • Yazılıb
  • da (də) 2014 Apr 22