Erməni xalqının türklərə qarşı düşmən və hörmətsizliyinə qarşılıq olaraq, onların bayraqlarını yandırırıq
Arannews - Türkiyədə yaşayan azərbaycanlılar Ermənistanın bayrağını yandırıblar
Məlumata görə, 25 aprildə Ermənistanın paytaxtı İrəvanda türk bayraqlarının yandırılmasında Türkiyədə yaşayan azərbaycanlılardan reaksiya gəldi. Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin sədri Samir Adıgözəlli türk bayrağının yandırılmasını qınadığını və şəhidlərin qanının hələ qurumadığını bildirib:
“Erməni xalqının türklərə qarşı düşmən və hörmətsizliyinə qarşılıq olaraq, biz də onların bayraqlarını yandırırıq. Bu hörmətsizlik qarşısında səssiz qala bilmərik. 1915–ci il olaylarında ermənilər yaşadıqları ölkəyə xəyanət etdi. Amma bu gün Türkiyəni günahkar bilir.
Baş nazir erməni xalqına başsağlığı verdi. Bu da bizi təəssüfləndirdi. Baş nazir Iğdıra gəlib, kütləvi məzarlıq açaraq, bizə də başsağlığı verməlidir”,- S.Adıgözəlli əlavə edib.