Tarix : 2014 Apr 26
Kod 42647

Ərdoğan:ermənilərə pasport veriləcək

Rəcəb Tayyib Ərdoğan : Türkiyə artıq o Türkiyə deyil

Arannews - Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri zamanı ölən ermənilərlə bağlı açıqlamasından sonra ortaya yeni bir iddia atılıb.

Türkiyənin Dağlıq Qarabağ probleminin həll ediləcəyi və “soyqırım” iddialarından imtina ediləcəyi təqdirdə 1915-ci il hadisələrindən sonra ölkəni tərk edən ermənilərin nəvələrinə Türkiyə vətəndaşlığı verəcəyi bildirilir. 

Ərdoğanın tarixi açıqlaması AKP-nin toplantısı zamanı da müzakirə olunub. Ərdoğan toplantı zamanı, “Artıq top onlarda. İnsanlıq və vicdan açılımlarımız davam edəcək” deyib. 

Məsələ ilə bağlı Türkiyə Mədəniyyət Nazirliyində hazırlıqlar başlayıb. 

Nazir Ömer Çelik bir müddət əvvəl yanlış addımlar nəticəsində ölkəni tərk etmiş xristian və yəhudilərə səslənərək, “Hamısına deyirik ki, ölkənizə dönə bilərsiniz. Türkiyə artıq o Türkiyə deyil” demişdi.


  • Yazılıb
  • da (də) 2014 Apr 26