Tarix : 2014 Apr 27
Kod 42662

Rusiya Qarabağ münaqişəsinin həllini istəmir

Moskva üçün Gürcüstan “vasitə”, Ermənistan “yol”, Azərbaycan isə “mükafatdır

Arannews - Rusiya Qarabağ münaqişəsinin həllini istəmir, çünki özünün bu münaqişədən faydalandığını düşünür... 1992-ci ilin yanvarında ərazi mübadiləsi təklif etmişdim... Təklif edirdim ki, Qarabağ Ermənistana verilsə, Zəngəzur Azərbaycana verilə bilər... O vaxt Azərbaycan və Türkiyədə bu ideya ilə maraqlananlar var idi. Ancaq Ermənistan və Rusiya ona qarşı çıxdı... Dağlıq Qarabağ danışıqları sərhədlərin bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ (sərhəd dəyişikliyi istisna olmaqla) prinsipləri əsasında aparılmalıdır... Proseslərin yalnız Minsk qrupu formatının ixtiyarına buraxılması işə yaramayacaq... Dağlıq Qarabağ münaqişə tərəfi deyil və danışıqlara cəlb olunmamalıdır... Ermənistan Azərbaycan ərazisindən qüvvələrini çıxarmalıdır... Bir azərbaycanlı şərhçidən sitat gətirməyi xoşlayıram – Moskva üçün Gürcüstan “vasitə”, Ermənistan “yol”, Azərbaycan isə “mükafatdır”. Bakıda Moskvanın əmrlərinə tabe olan və bütün məsələlərdə Rusiya ilə müttəfiq hökumət olsa, Kremlin erməniləri bir anda “satacağına” qətiyyən şübhə etmirəm.


  • Yazılıb
  • da (də) 2014 Apr 27