Tarix : 2014 Apr 28
Kod 42670

Türkiyə Azərbaycana xəyanət etdi

Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır və erməniləri incitmək istəmir

Arannews - Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib.

Türkiyə mediası xəbər verir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və "qətliam" sözü yazılıb.

Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin Türkiyə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.

Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi "Xocalı soyqırımı" sözünü "Xocalı qətliamı" ilə dəyişdirib.

Xarici İşlər Nazirliyinin isə məsələyə yanaşması belə olub: "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır və erməniləri incitmək istəmir".

Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov türk saytına açıqlamasında bu abidənin açılışında iştirak etdiyini, amma "soyqırım" sözünün silinməsindən xəbərsiz olduğunu bildirib: "Abidənin açılışında iştirak etdim. Açılış əsnasında abidənin üzərində "Xocalı soyqırımı" yazılmışdı. Amma Türkiyədən bizə qarşı bu hörmətsizliyi normal qarşılamıram.

 


  • Yazılıb
  • da (də) 2014 Apr 28