Tarix : 2014 Apr 28
Kod 42672

Azərbaycan ermənistani qorxuya saldı

Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Arannews - Azərbaycan qırıcıları ötən həftə ərzində ermənilərlə təmas xətti üzərində havaya qalxaraq uçuş həyata keçirib.

Bu məlumatı Ermənistan mətbuatı yayıb. Ermənilər uçuşların 20-26 aprel tarixlərində həyata keçirildiyini yazıblar.

Qeyd edək ki, bu ilin yanvarın 25-də də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr cəbhə xəttində uçuşlar həyata keçirmişdi.

Qırıcı təyyarələr Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın ərazilərində uçuşlar həyata keçirmişdi.


  • Yazılıb
  • da (də) 2014 Apr 28