Azərbaycan prezidenti İlham Əliyevin dostluqda, tərəfdaşlıqda nə qədər etibarlı olduğunu bir daha sübut edib
 
“Prezident İlham Əliyevin erməni həmkarı Serj Sarkisyana cavabı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir.” Bunu Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.
O qeyd edib ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin dostluqda, tərəfdaşlıqda nə qədər etibarlı olduğunu bir daha sübut edib: “Düşünürəm ki, bu, doğurdan da iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bundan sonra da Azərbaycan və Türkiyə bu ruhda öz qardaşlığını, əməkdaşlığını və tərəfdaşlığını davam etdirəcək”.
Qeyd edək ki, Preziden İlham Əliyev Sarkisiyanın soyqırım ittihamlarının  cavabında demişdir ki, Türkiyə Kəlbəcərin oşqalına görə Ermənistanla sərhədlərini bağlayıb!