Azərbaycan Respublikasında tanınmış hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb
  
Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib.
Vəkilin sözlərinə görə, Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar. 
Leyla Yunus bildirib ki, onlarla bağlı yoxlanış aparılıb: “Bizim çemodanlarımızı, sumkalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”.
Qeyd edək ki, bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış jurnalist Rauf Mirqədriov Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. İttihamı rədd edən Rauf Mirqədriov onun da iştirak etdiyi xalq diplomatiyası layihəsində Leyla Yunusun da iştirakı olduğunu bildirmişdir.
Son illərdə xalq diplomatiyası adlı görüşlər Minsk Qrupunun təlimatı əsasında və Azərbaycan Respublikası hökumətinin razılığı ilə və hətta bir çox hakimiyyətə bağlı şəxslərin iştirakı ilə aparılırdı.