Tarix : 2014 Apr 29
Kod 42689

Azərbaycan Respublikasının Şimal zonasın Rusiya vətəndaşlığına meyl

Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var

Bakıda yayılan bir qəzet xəbər verib ki, Azərbaycan Respublikasının Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb.
Yeni Musavat qəzeti Axar saytına istinadən məlumat verib : “Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var.”
Yazılana görə,  mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, Rusiyanın bir neçə gün öncə vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi, o cümlədən Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsi MDB ölkələrində, eləcə də Azərbaycanın şimal bölgəsində insanları hərəkətə gətirib.
Belə ki, Rusiya bazarlarında çörək pulu qazanan həmin adamlar elə bu ölkənin vətəndaşı olmaq qərarına gəliblər.

Sənədlərini təqdim edənlərin əksəriyyəti Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlı miqrantlardır.
  • Yazılıb
  • da (də) 2014 Apr 29