Tarix : 2014 Apr 29
Kod 42691

AİP üzvünun istintaqı yekunlaşdı

İslam Partiyası Astara rayon komitəsi sədrinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib

Arannews - AİP üzvü Famil Şükürovun istintaqı yekunlaşdı , iş məhkəməyə göndərilib .

 Vəkil Anar Qasımlı deyib ki, Famil Şükürov Astara Rayon Məhkəməsində mühakimə olunacaq. Famil Şükürov fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra tutulub, 1 aylıq inzibati həbs cəzası alıb. Daha sonra partiya funksioneri barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqı Daxili İşlər Nazirliyi aparıb. Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir.


  • Yazılıb
  • da (də) 2014 Apr 29