Arannews - Mövsüm Səmədov ötən həftə 11 saylı cəzaçəkmə müəssisənin durumu ilə bağlı yaydığı məlumatdan sonra onu Qobustan qapalı həbsxanasına göndəriləcəyi ilə bağlı hədələyiblər.
Qəzeti bununla bağlı hüquqmüdafiəçilərmünasibət veriblər :
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu: "DEVAMM olaraq AİP sədri Hacı Mövsüm Səmədovu vicdan və siyasi məhbus kimi dəyərləndiririk. Birmənalı olaraq azadlığa buraxılmalıdır. Həmçinin həbs şəraitində təbii ki, hüquq və azadlıqları təmin olunmalıdır. Həbsxanada baş verənləri tənqid etməsindən oranın rəhbərliyi nəticə çıxartmalıdır. Bunun əksi olaraq ona qarşı təzyiqlər yolverilməzdir. Mövzu ictimaiyyətin diqqətində saxlanılmalıdır."
Tanınmış hüquqmüdafiəçisi, Demokratiya Monitorunun rəhbəri Fuad Həsənov da mövzu ilə bağlı deyib: “Əgər bir şəxs hər hansı cinayətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirsə ciddiyə alınmalıdır və vətəndaşın müraciəti qanuna uyğun formada araşdırılmalıdır. Nəinki həmin şəxsin özünə təzyiq olunsun. Bir halda nəzərə almaq lazımdır ki, hacı Mövsüm Səmədov özü din xadimidir. Özü bu məsələlərə kifayət qədər həssas yanaşan insandır. Nəyin böhtan, nəyin şər, nəyin cinayət olması ilə bağlı kifayət qədər məlumatlı insandır. İnanmıram o yanlışlığa yol versin. Hər halda mən belə düşünürəm, inanmıram yanlışlığa yol versin. Hətta dedikləri həqiqət olmasada, bu kiməsə əsas vermirki ona qarşı təzyiq etsin, həbsxanasa rəhbərliyinə və ya digər qurumlara səlahiyyət vermirki kiməsə təzyiqlər etsin. Hacı Mövsüm Səmədova qarşı bu cür davranış qanuna ziddir. Yəni belə hədələrlə insanlarla rəftar etmək, həm qanuna ziddir, həm də insan haqqlarına zərbədir. Məncə onun qaldırdığı məsələ araşdırılmalıdır. Ona təzyiq etmək əvəzinə, təşəkkür etmək lazımdır ki, hansısa qanunsuzluğu ifşa edir.”