Tarix : 2014 Apr 29
Kod 42696

iran və Azərbaycandan yüksək hədəf ardıncadırlar

ilham Əliyevin Tehrana səfəri uğurlu olub və demək olar ki, əməkdaşlıqlar və dostluqlar və həmkarlıqların yeni sahələri yaradılıb

Arannews - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü- Mərziyyə Əfxəm İran İslam Respublikası prezidentinin Bakıya səfər planını təsdiqləyərək, vurğulayıb ki, Tehran və Bakı yüksək hədəf ardıncadırlar.

Mərziyyə Əfxəm bu gün Tehranda öz həftəlik brifinqində “Səhər” Beynəlxalq Telekanalı müxbirinin Doktor Həsən Ruhaninin Bakıya səfərinin vaxtı barədəki sualının cavabında deyib: Əlbəttə, siz vaxtından çox-çox qabaq hərəkət etmisiniz. Azərbaycan Respublikasına səfər proqramı doktor Ruhaninin iş gündəmində durur. Bildirməliyik ki, cənab Əliyevin Tehrana səfəri uğurlu olub və demək olar ki, əməkdaşlıqlar və dostluqlar və həmkarlıqların yeni sahələri yaradılıb. Bu səfərlərlə əvvəlkindən daha artıq iqtisadi əməkdaşlıqlar barədə razılaşmalar haqda da danışıldı və ciddi iş gündəmində durdu.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Hətta Azərbaycan Respublikasının müdafiə naziri səfərinin bu ölkənin prezidetinin İrana səfərindən dərhal bir həftə sonra həyata keçirilməsi də son dərəcə önəmlidir və ondan xəbər verir ki, əlaqələr yaxşılaşmaqdadır. Bu əlaqələr göstərir ki, Tehran və Bakı keçmişdəkindən daha çox bir-biri ilə həmkarlıq etmək kimi yüksək hədəf ardıncadırlar.

Qətiyyətlə demək olar ki, hər bir ölkənin ən yüksək rəsmisi olan prezidentin səfəri bir çox təsir və nailiyyətlərə malik ola bilər. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri də əlaqələrin genişlənməsi və mühüm razılaşmaların əldə olunması üçün böyük ciddi-cəhddir. Cənab Ruhaninin səfəri mütləq iki ölkə üçün faydalı olacaq, lakin icazə verin ki, iş proqramına və prezidentin səfərinə əsasən, sonrakı informasiyalar həyata keçirilsin.
  • Yazılıb
  • da (də) 2014 Apr 29