Arannews – Ceyms Uorlik Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcək .
Məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib .
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcəyini bildirib.
Həmsədr icmalarla görüşmək üçün səbirsizləndiyini bildirib:
"May ayında Los-Ancelesdə Hyustonda Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyəti ilə görüşəcik. Görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm".