Tarix : 2014 Apr 30
Kod 42699

Ceyms Uorlik Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcək

Həmsədr icmalarla görüşmək üçün səbirsizləndiyini bildirib

Arannews – Ceyms Uorlik Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcək .

Məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib .

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcəyini bildirib.

Həmsədr icmalarla görüşmək üçün səbirsizləndiyini bildirib:

"May ayında Los-Ancelesdə Hyustonda Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyəti ilə görüşəcik. Görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm".


  • Yazılıb
  • da (də) 2014 Apr 30