Tarix : 2014 Apr 30
Kod 42704

Sionist nazir: “Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm”

Azərbaycanda insanlar arasında İsrail rejiminə işğalçı və irqçi kimi baxılsada, hələ də o rejimin səfirliyi Bakıda fəaliyyət göstərir

Arannews - İşğalçı İsrail rejiminin xarici işlər naziri deyib: “Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm”.

Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu diqqətə çatdırıb: “Biz ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələrini müzakirə etdik. Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır”.

Sionist nazir Azərbaycan prezidenti İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduqlarını qeyd edib: “O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam”.

Qeyd edək ki, Sionist İsrail rejimi özünü müsəlmanların  təcridindən xilas etmək üçün müsəlman ölkələri arasında özünə tərəfdaş axtarır. Azərbaycanda insanlar arasında  İsrail rejiminə işğalçı və irqçi kimi baxılsada, hələ də o rejimin səfirliyi Bakıda fəaliyyət göstərir. Azərbaycanın ən mühüm enerji tərəfdaşı olan İsrail on illərdir ki, Fələstinlilərin torpağlarını işğal edib, əhalisini isə yoxsul vəziyyətə saxlayıb.




  • Yazılıb
  • da (də) 2014 Apr 30