Tarix : 2014 May 01
Kod 42711

Ukrayna hadisələrinin Qafqaz, əsasən də Azərbaycanda mühüm nəticələri

Azərbaycan dövləti İranla münasibətləri gücləndirmək üçün bir neçə əsaslı addımlar atmalıdır
ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq müşaviri Berjinski etiraf edib ki, Rusiya Ukraynasız artıq bir imperiya deyil və yalnız Asiya güclərindən biri hesab edilir. O, Ukraynanı Avrasiyanın 5 geosiyasi mərkəzlərdən biri adlandırıb və belə düşündüyünü deyib ki, əsas beynəlxalq oyunçulardan hər hansı biri bu regiona (Avrasiya və Ukraynaya) qalib olsa, bütün dünyanı öz gücü altına sala bilər. Bu düşüncənin qarşısında Kremlin müşavirlərindən biri deyib ki, Rusiya Ukraynanı itirsə, ABŞ Ukrayna ilə Latın Amerikası ölkələri kimi davranacaq.
İndi görək Ukrayna böhranı bu əhəmiyyəti ilə bizim regionumuzda hansı təsirləri qoya bilər. SSRİ-dən ayrılmış ölkələrin ortaqlıqlarına, onların Rusiya və qərbin xarici siyasətlərindəki önəmli məqamlarına, xüsusilə də Azərbaycan və Ukraynanın coğrafi, iqtisadi və siyasi ortaqlıqlarına diqqət etməklə Ukrayna hadisələrinin regiona təsiri qaçılmazdır. O təsirlədən ən başlıcalarını aşağıdakı şərhlə bilmək olar:
1- ABŞ və Avropanın Qafqaz, əsasən də Azərbaycana qarşı birgə siyasətlərinin güclənməsi.
2- Rusiyanın keçmiş sovet regionunda, o cümlədən Azərbaycanda nüfuzunu qorumaq üçün hərəkətə keçməsinin qaçılmamazlığı.
3. Ermənistanın bir tərəfdən Qarabağ münaqişəsinin həllinə ümidvar olması, digər tərəfdən isə Rusiya və Ermənistanın geosiyasi birləşməsi olmadığından Gürcüstan və Azərbaycanın qərb üçün əhəmiyyətli olmasına görə narahatlığı.
4. Rusiya qazının bir hissəsinin əvəzləyicisi kimi enerji mənbəyi və tranzit bir ölkə olaraq qərbin Bakıya qabaqkından daha çox əhəmiyyət verməsi.
5. Çeçenistan, Dağıstan kimi Şimali Qafqaz muxtar respublikalarının Krımın Ukraynadan ayrılması üslubu ilə (referendium yolu ilə) müstəqilliyə ümidlərinin artması.
6. Təsirli qərb ölkələrinin Azərbaycana İranla münasibətlərinin yaxşılaşdırmasına yaşıl işıq yandırması.
7. Rusiyanın Ermənistanı daha artıq dəstəkləməsinə rəğmən Bakının Qarabağ münaqişəsinin həlli və daxili təhlükəsizliyinin taleyindən qorxması, Ermənistan tərəfindən atəşkəsin pozulma hallarının artması, Ermənistanın Qarabağda, Rusiyanın Dağıstanda hərbi manevrləri, Rusiya və Azərbaycan ekspertlərinin Ukrayna hadisələrinin təkrarlanacağını bildirmələri, bütün bunlarla yanaşı qərb insan hüquqları təşkilatlarının Azərbaycanda insan hüquqlarının pozulması barədə tənqidləri və qərb ölkələrinin Azərbaycanın onlara verdiyi imtiyaza razı olmamaları.
Belə nəzərə gəlir ki, Azərbaycan dövləti bu narahatlıqları və son təhdidləri aradan qaldırmaq və güc siyasəti balansını qorumaq məqsədilə İran və Türkiyə ilə əlaqələrini möhkəmləndirməyi nəzərdə tutmuşdur. Ölkə başçısı İlham Əliyevin və Müdafiə Nazirinin İrana son səfərlərini də bu çərçivədə bilmək olar.
Bu arada önəmli nəzərə gələn budur ki, Azərbaycan dövləti İranla münasibətləri gücləndirmək üçün bir neçə əsaslı addımlar atmalıdır. O cümlədən:
- İran və Türkiyə şirkətlərinin Azərbaycanın sənaye və iqtisadi, o cümlədən neft və qaz sahələrinə uzunmüddətli sərmayə qoymaları üçün şərait yaratmalı;
- Azərbaycan dövlətinin səlahiyyətli orqanları tərəfindən İranın media və mədəniyyət fəaliyyətlərinə lisenziya verililməli (İranın Azərbaycanın ANS kanalına verdiyi lisenziya kimi);
- Ölkənin dərslik kitablarından, mediadan, rəsmi və qeyri-rəsmi dairələrdən İrana qarşı yönəlmiş millətçilik məsələlərinin çıxarılması;
- Nurçuların qeyri-qanuni fəaliyyətləri ilə mübarizənin davam etdirilməsi;
- Vəhabilər kimi radikal qruplarla mübarizənin davamı;
- Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü istəyən dini qruplarla qarşılıqlı anlaşma siyasətinin yürüdülməsi.




  • Yazılıb
  • da (də) 2014 May 01