Arannews - Türkiyə ilə İsrail arasında yaşanan "Mavi Mərmərə" olayları ilə bağlı razılaşmanın iki həftə ərzində açıqlanacağı gözlənilir. Bu barədə israilli nümayəndələrdən biri "Yedioth" qəzetinə açıqlamasında deyib.
Məlumatı verən qaynaq bildirir ki, Baş nazir Ərdoğan bir neçə gün öncə müsahibəsi zamanı müqavilənin imzalanmasına yaxın olduğunu deyib. Eyni zamanda da İsrail Baş naziri Binyamin Netanyahu müqaviləni təsdiqi üçün Nazirlər Kabinetinə təqdim edib. Əldə olunan məlumatda qeyd edilir ki, Ərdoğan İsrail ilə barışmaq və münasibətləri normallaşdırmaq üçün doğru zamanın olduğunu hiss etdiyini, İsrail ilə əlaqələrin yenidən yaradılmasının əhəmiyyətli olduğunu bildirib. Razılaşmaya görə, İsrail "Mavi Marmara" olayları zamanı öldürülən və yaralanan əsgərlərin ailələrinə 21 milyon dollar təzminat ödəyəcək. İsrailli komandirlər barədə isə hüquqi tədbirlər görülməyəcək. Həmçinin vurğulanır ki, müqavilədə Qəzzanın mühasirəsi müzakirə mövsuzu deyil, ancaq Türkiyəyə Qəzzada xəstəxanalar inşa etməyə imkanlar yaradılacaq.